
Topaz Premyer Liqasının XII turu çərçivəsində keçirilən "Qarabağ" - "Sumqayıt" oyununda insident baş verib.
Görüşün 31-ci dəqiqəsində İbrahim Şehiçin qırmızı vərəqə almasından sonra tribunada qarışıqlıq yaranıb.
İnsidentə səbəb polis əməkdaşının "İmarət" fan-klubunun üzvərindən birini vurması olub.
Bundan sonra ara qarışıb və asayiş keşikçiləri fanatlara qarşı güc tətbiq edib. Nəticədə Ağdam təmsilçisinin bütün fan-klubları - "İmarət”, "İmrət Tayfa” və "İmarət Qrup” tribunanı tərk ediblər.
Əldə etdiyimiz məlumata görə, 2 nəfər həbs olunub.