1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elxan Məmmədov: "Media Komitəsindən bunu gözləyirik" - MÜSAHİBƏ
AFFA-nın baş katibi Elxan Məmmədov "Report”un suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Son günlər AFFA Məşqçilər Komitəsi (MK), Klublar Komitəsi (KK) və AFFA yanında Media Komitəsinin ləğv olunacağına dair fikirlər səsləndirilir. İcraiyyə Komitəsinin (İK) ilin sonuna nəzərdə tutulan iclasında bu qurumların fəaliyyətinin müzakirəsi gözlənilir?
- Xeyr, gündəlikdə belə bir məsələ yoxdur.
- Ümumiyyətlə, bu komitələrin işini necə qiymətləndirirsiniz?
- KK yaxşı təşəbbüsdür. Çünki bu, klubların görüşüb-danışması, müzakirələr aparması üçün fürsətdir. Bəzi məsələləri məhz KK üzləri qaldırıblar. Klubların mütəmadi olaraq, yığılması və toplantı keçirməsi müsbət haldır. Bir araya gəlib, AFFA-ya, Peşəkar Futbol Liqasına (PFL), Premyer Liqanın oyunlarını canlı yayımlayan "CBC Sport”a və digər qurumlara öz təkliflərini irəli sürürlər. Bir çox məsələni KK qaldırıb və İK-da baxılıb. MK-da həmçinin. Əsas odur ki, bu qurumlar öz fəaliyyətlərini daha da müstəqil təşkil etsinlər. Onlar AFFA-nın yaratdığı bu imkandan istifadə edib, işlərini genişləndirə bilərlər. Hər komitəyə "onu elə, bunu elə” deməyimiz düzgün deyil. Biz imkan yaratmışıq, onlara status vermişik. Bu statusdan istifadə edib, fəaliyyət göstərməlidirlər.
- Bəs Media Komitəsi?
- Eyni qaydada. Biz bir imkan, platforma vermişik, Media Komitəsi fəal şəkildə işləməlidir. Təbii ki, təşəbbüs göstərdiyimiz vaxt biz, yəni, media nümayəndələri ayrı fikirlər səsləndirirdik. Lakin indi istiqamət bir qədər dəyişib. Yenə deyirəm, platforma və imkanlar yaratmışıq, büdcə də vermişik. Bundan idman mediamızın inkişafı istiqamətində effektiv istifadə etmək lazımdır. Media Komitəsindən belə bir fəaliyyət gözləyirik. Bu komitə ilə bağlı hesabat hazırlanacaq və İK-ya təqdim ediləcək. Bu, gələn ilin martında təşkil olunacaq AFFA-nın Konfransı ərəfəsində nəzərdə tutulub.
- Belə başa düşdük ki, bu məsələ İK-nın bu ilə nəzərdə tutulan iclasında gündəmdə olmayacaq?
- Müzakirə oluna bilər, lakin gündəmdə yoxdur. Çünki Media Komitəsinin iki ili gələn il tamam olur.
- Amma KK və MK dekabrda yaradılıb və gələn ay fəaliyyətlərinin 2 ili tamam olur...
- Bəli. Lakin MK və KK-nın xüsusi büdcəsi yoxdur. Media Komitəsinin isə büdcəsi var.
- Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçi təyin olunması və aşağı yaş qrupları üzrə yığmaların onun səlahiyyətinə keçməsindən sonra MK-ya ehtiyac qalmayacağı düşünülür. Belə çıxmırmı ki, baş məşqçi seçimlərində bu komitənin ciddi rolu olmayacaq?
- Hələlik deyə bilmərəm. MK bu günə qədər də öz tövsiyyələrini verirdi. Əvvələr əsas yığmanın baş məşqçiləri uşaq və gənclərdən ibarət komandaların futbolçularına diqqətlə yanaşırdılar, amma məşqçilərə neytral baxırdılar. İnidki durumda baş məşqçi yerli olanda, o, tək aşağı yaş qruplarındakı futbolçuları deyil, oradakı sistemi də düşünür. Ona görə də aşağı yaş qrupları üzrə yığmalara kimin rəhbərlik edəcəyi ilə bağlı əsas millinin baş məşqçisinin fikirləri önəmlidir. Yəni, bunlar onun sisteminə uyğun olmalıdır. Əsas yığmanın əcnəbi baş məşqçiləri yalnız birinci komandanı düşündürdülər. Yerli mütəxəssis isə ümumi sistemi düşünür. Bu, yerli baş məşqçinin üstünlüyüdür. O, öz futbol fəlsəfəsinin aşağı yaş qruplarında tətbiqini düşünür. Bunu da məhz oradakı məşqçilər edir.
- Qurbanov aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçisi postlarına öz namizədlərini təqdim edib?
- Bu barədə yaxın günlərdə məlumat veriləcək.