1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şehiçə ağır cəza
"Qarabağ" klubunun qapıçısı İbrahim Şehiç AFFA İntizam Komitəsinin 3 oyunluq cəzasına məruz qalıb.
Sportnet.az-ın məlumatına görə, buna bosniya və herseqovinalı qolkiperin "Sumqayıt" komandası ilə Azərbaycan Premyer Liqasının XII tur matçında ağressiv davranışı səbəb olub. Oyunun 30-cu dəqiqəsində rəqib futbolçunu vuran Şehiç birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi bu ilin son iki, növbəti ilin isə ilk tur oyunundan kənarda qoymaqla yanaşı, "Qarabağ"ı 2400 manat cərimələyib. Bu görüşdə 5 futbolçusu sarı vərəqə alan "Sumqayıt" isə 800 manat ziyana düşüb.
Daha bir cəza "Kəpəz" - "Səbail" oyunu ilə bağlı olub. Hər iki klubun 4 futbolçusu sarı vərəqə aldığı üçün onlara 800 manat cərimə kəsilib. 5-ci dəqiqədə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Dedimar Fereyra da 3 oyunluq cəzaya, klubu "Kəpəz" isə 2400 manat cəriməyə məruz qalıb.