Topaz Premyer Liqasında keçirdiyi son 7 oyunda məğlub olan "İnter” ciddi islahatlara hazırlaşır.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, XIII turda "Neftçi”yə 1:3 hesablı məğlubiyyətdən sonra bəzi futbolçuların potensialından aşağı çıxış etdiyini söyləyən Ramiz Məmmədov "qara siyahı”sını tərtib edib.
Təcrübəli mütəxəssis əsas heyət üzvlərindən İlkin Qırtımovla Tərlan Quliyevi qış fasiləsində göndərməyi düşünür. O, bu cütlüyün bilərəkdən zəif çıxış etdikəri qənaətindədir. "Qara siyahı”ya daha bir neçə oyunçunun adlarının əlavə olunacağı gözlənilir.
Komandanın aparıcı futbolçularından Adrian Skarlatake isə özü iş yerini dəyişmək niyyətindədir. Rumıniyalı mərkəz müdafiəçi mükafatlar uğrunda mübarizə aparmayan klubda qalmaq istəmir.
Qeyd edək ki, Nizami Hacıyev qış fasiləsində "Neftçi”yə keçəcəyini açıqlayıb.