Topaz Premyer Liqasının 14-cü turunda səfərdə "Səbail”ə 1:0 hesabı ilə qalib gələn "Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az xəbər verir ki, Abbasov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- "Səbail”i təbrik edirəm. Stadionları və təlim-məşq bazaları uğurlu olsun. Çətin oyun oldu. "Qarabağ”la oyundan sonra bu matça hazırlaşmaq çətin idi. Lakin komanda olaraq toparlana bildik. Bu gün qalib gəlməklə, xal fərqini qoruyub saxlaya bildik. Bundan sonra kubok oyunlarına köklənəcəyik.
- "Qəbələ” ilə səfər oyunundan sonra hakimlərlə bağlı problem yaşanmışdı. Lakin bu gün də hakimlərdən narazı idini
z...
- Oyunboyu belə hallar ola bilər. Vüqar Mustafayevin epizodunda cərimə zərbəsi doğrudan da yox idi. Düzdür, Vüqar topu kənara vurduqdan sonra hakim ona haqlı sarı vərəqə verdi. Ümumiyyətlə, hakimlər barədə danışmağı xoşlamıram. Lakin oyun zamanı insan emosiyalarına hakim ola bilmir. Matç zamanı hakimlə danışmaq normaldır.
- Qış fasiləsi ilə bağlı bağlı planlarınız artıq hazırdı, yoxsa "Neftçi” ilə oyunu gözləyirsiniz?
- Qış planımız artıq hazırdır. "Neftçi” ilə oyunlardan sonra açıqlayacağıq.