
Topaz Premyer Liqasında II dövrəyə yekun vurulub.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, dövrənin 7 turunda keçirilən 28 qarşılaşmada 73 qol qeydə alınıb. Orta məhsuldarlıq 2,61-ə bərabər olub.
Yalnız 1 heç-heçənin qeydə alındığı dövrənin ən yaxşısı "Qəbələ”dir. "Qarabağ”la eyni – 18 xal toplayan "qırmızı-qaralar” həm şəxsi oyun, həm top fərqində son 7 turda hamıdan öndə qərarlaşıb. "Qəbələ” 18 qolla məhsuldarlıqda, 3 top buraxan "Qarabağ” müdafiənin etibarlılığında fərqlənib. "Zirə” dövrənin 3-cüsü, "Neftçi” 4-cüsü olub. II dövrədə keçirdiyi bütün oyunlarda uduzan "Keşlə” bu 7 matçda xal qazanmayan yeganə komandadır.
Qeyd edək ki, "Qarabağ” 16 xalla 6 oyun keçirdiyi I dövrənin qalibi olmuşdu.
1 |
Qəbələ |
7 |
6 |
0 |
1 |
18-6 |
18 |
2 |
Qarabağ |
7 |
6 |
0 |
1 |
11-3 |
18 |
3 |
Zirə |
7 |
5 |
0 |
2 |
11-6 |
15 |
4 |
Neftçi |
7 |
4 |
0 |
3 |
12-7 |
12 |
5 |
Sumqayıt |
7 |
3 |
1 |
3 |
9-7 |
10 |
6 |
Səbail |
7 |
2 |
1 |
4 |
5-11 |
7 |
7 |
Kəpəz |
7 |
1 |
0 |
6 |
5-18 |
3 |
8 |
Keşlə |
7 |
0 |
0 |
7 |
2-15 |
0 |