20 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının yeni baş məşqçisi Rəşad Sadıqov İstanbula gedib.
Sportnet.az-ın əldə etdiyi özəl məlumata görə, "Qarabağ"ın futbolçusu "Mançestir Siti" klubunun düşərgəsindəki iki günlük təcrübədən sonra müalicə məqsədi ilə Türkiyəyə yollanıb. Sadıqov 3 gün qardaş ölkədə tibbi müayinədən keçəcək və daha sonra Azərbaycana qayıdacaq.
Qeyd edək ki, 35 yaşlı təcrübəli müdafiəçi 4-cü turdan təxirə salınmış "Səbail"lə matçda zədələnib. Sadıqovu qarşılaşmanın 72-ci dəqiqəsində Yakub Jezniçak əvəzləyib.