"Səbail” klubu Azərbaycan milli komandasının sabiq futbolçusu Amit Quluzadə ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Quluzadə bu yay "Səbail” ilə 1 illik müqavilə bağlamışdı. Paytaxt klubu daha əvvəl litvalı Eqdaras Jarskislə yollarını ayırmışdı.