1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vitali Vernidub: "Yalnız "Qarabağ"a çatmağı düşünürük" - MÜSAHİBƏ
"Qəbələ" klubunun futbolçusu Vitali Vernidub "UA-Futbol"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Qışda Azərbaycanda rəsmi matçlar arasındakı fasilə nə qədər olur?
- Məzuniyyət də daxil olmaqla, 2 aydan az. Hazırlıq prosesinin qısamüddətli olması yaxşıdır. Yadımdadır, vaxtilə Ukraynada çıxış etdiyim vaxt 3 təlim-məşq toplanışına uçmaq lazım gəlirdi. "Qəbələ"də isə 2 hazırlıq prosesimiz olacaq. Özü də toplanışlar arasındakı fasilə zamanı ailələrimizi də Antalyaya apara biləcəyik.
- Müqavilən nə vaxt başa çatır?
- Mövsümün sonunda.
- Gələcək karyeran barədə düşünmüsən?
- Xeyr. Hazırda bütün fikirlərimiz çempionatda "Qarabağ"a çatmaq və Azərbaycan Kubokunda uğurla çıxış etməkdən ibarətdir. Artıq komandamız kubokda yarımfinala yüksəlib.
- Bəs Ukraynaya qayıtmaq istərdin?
- Vətəndən kənarda uzun müddət qalmaq ağırdır. Ümidvaram ki, bir müddət sonra qayıdacaq və evimdə də oynayacağam.