1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qalatasaray”ın Kadıköydəki son zəfəri - ARAŞDIRMA - VİDEO
Türkiyənin "Qalatasaray” klubu səfərdə "Fənərbağça”nı son olaraq 1999-cu ilin 22 dekabrında, məhz bu gün məğlub edə bilib. 1999-2000 mövsümdən 9-cu turda baş tutmalı olan qarşılaşma Türkiyə milli komandasının və "Qalatasaray”ın avrokuboklardakı çıxışına görə təxirə salınır. Sözügedən görüşdə komanda rəqibini 2:1 hesabı ilə üstələyir. Bu qələbədən sonra xallarının sayını 32-ə çatdıran komanda, ikinci yerdə qərarlaşan "Qaziantepspor”la xal fərqini 8-ə qaldırır. "Fənərbağça” isə 25 xalla 5-ci sırada qalır.
Yenə Fatih Terim "Qalatasaray”da
1999-cu ildə səfərdə "Fənərbağça”nı məğlub etdikləri matçda komandanı Fatih Terim çalışdırırdı. Təcrübəli mütəxəssis hazırda "sarı-qırmızılar”ın yeni baş məşqçisidir.
18 il əvvəlki matçda Muhittin Boşat baş məşqçilik edib. "Qalatasaray”ın qollarını 20-ci dəqiqədə Hasan Şaş və 30-cu dəqiqədə Marsio vurub. "Fənərbağça”nın yeganə qoluna isə 52-ci dəqiqədə Viorel Moldovan imza atıb.
Avropanın bir sıra iddialı klublarında çıxış edən, daha sonra "Fənərbağça”nın şərəfini qoruyan Emre Belözoğlu isə həmin qarşılaşmada "Qalatasaray”da çıxış edirdi. Hazırda "Başakşehir”də oynayan yarımmüdafiəçi açıqlamalarında "Fənərbağça” azarkeşi olduğunu hər zaman qeyd edib.
7 klub prezidenti səfərdə qələbə görməyib
"Qalatasaray” klubunda 18 il ərzində 7 prezident qələbə görməyib. Komanda Kadıköydə son qələbəsini qazananda klubun prezidenti Faruk Süren idi. Ondan sonra bu vəzifəni icra edən Mehmet Cansun (2001-2002), Özhan Canaydın (2002 - 2008), Adnan Polat (2008 - 2011), Ünal Aysal (2011 - 2014), Durqun Yarsuvat (2014-2015) və 2015-ci ildən prezident olan Dursun Özbək də Kadıköydə qələbə üzünə həsrətdir.
Məşhur baş məşqçilər də tilsimi qıra bilməyib
Səfərdəki son qələbədən günümüzə qədər "Qalatasaray”a bir sıra baş məşqçi gəlib. Komandada Mirça Luçesku, Erik Gerets, Karl-Haynts Feldkamp, Roberto Mançini, Mixael Skibbe kimi baş məşqçilər qələbə görməyiblər.
2018-ci il martın 18-də "Fənərbağça" və "Qalatasaray" komandaları "Şükrü Saracoğlu"da üz-üzə gələcəklər. Həmin vaxt "sarı-qırmızılar"ın başında, yəqin ki, elə Terim olacaq. Uzun müddətdən sonra əzəli rəqib üzərində yeni səfər qələbəsi, kim bilir bəlkə də elə "İmperator" qazanacaq...