Dövrələrarası fasilə zamanı "Səbail” klubu növbəti transferini reallaşdırıb. Sportnet.az-ın məlumatına görə, Topaz Premyer Liqasının debütantı 22 yaşlı müdafiəçi Rahil Məmmədovu heyətinə qatıb.
Məmmədov bunadək "Neftçi"də çıxış edib.
Qeyd edək ki, "Səbail" daha əvvəl Fəhmin Muradbəyli ilə anlaşıb.