"Qəbələ” Futbol Akademiyasının keçmiş direktoru Əli Yavaş yenidən "Qalatasaray”da çalışacaq.
Sportnet.az-ın "Fanatik"ə istinadən məlumatına görə, bu yaxınlarda komandaya baş məşqçi təyin olunan Fatih Terim təcrübəli mütəxəssisi yenidən İstanbul klubuna qaytarıb. "Qaralatasaray”ın aşağı yaş qrupları ilə bağlı bütün səlahiyyətlər Ə. Yavaşa tapşırılıb.
Qeyd edək ki, türkiyəli mütəxəssis 2009-cu ildən 2012-ci ilə qədər "Qəbələ” Futbol Akademiyasına rəhbərlik edib.