1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Emil Balayev: "Yeni İli qeyd etmirəm" - MÜSAHİBƏ
"Səbail" komandasının qapıçı Emil Balayevin Sportnet.az-a müsahibəsi
- 2017-ci ili geridə qoyduq. 2018-ci il isə sənin ilindir. İt ili sənin üçün önəm kəsb edirmi?
- Bu, mənim üçün heç bir önəm kəsb eləmir. İllərlə və bürclərlə bağlı inancım yoxdur. Ulduzlardan yuxarıda Allah var. Belə şeylərə inanmıram. İl baradə danışsam, bu il "Səbail”də çıxış etdim. "Qarabağ”la Türkiyədə təlim-məşq toplanışında oldum. Daha sonra "Səbail”in heyətində I Divizionda oynadım. Komanda 2-ci yeri tutdu və Premyer Liqaya vəsiqə qazandı. Bu, böyük uğurdur. Premyer Liqada da bəzi komandalar fikirləşirdilər ki, "Səbail”ə qarşı oynamaq asan olacaq. Amma belə olmadı. Hər bir komanda ilə mübarizə apardıq. Bu, xoşagələn haldır. 2017-ci ili uğurlu il hesab edirəm.
- "Səbail”in qış fasiləsindən sonra çıxışı necə olacaq: Komanda Premyer Liqada qalmaq üçün oynayacaq, yoxsa...?
- Bizim əsas hədəfimiz Premyer Liqada qalmaq deyil. Həm rəhbərlik, həm də məşqçi heyətininin düşüncəsi bu deyil. Ən azı, orta sıralarda yer almaq istəyirik. Çalışıb yuxarı pillələrə doğru irəliləyiş etməyi planlaşdırırıq. "Səbail” rəhbərliyi öz işini yüksək səviyyədə görmək niyyətindədir.
- İstirahət necə gedir?
- Hazırda Bakıdayam. Heç bir yerə getmədim. Bu, səhhətimlə bağlıdır. Futbolda bəzən zədələr olur. Davamlı olaraq müalicə alıram. Ümümi götürsək, hər şey yaxşıdır.
- Yeni İli harda qarşıladın?
- Bayram günü öz doğmalarımla birgə idim və Yeni İli onlarla evimdə qarşıladım. Düzü, Yeni İli qeyd etmirəm.
- 2018-ci ilin əvvəlində millinin toplanışı olacaq. Bu toplanışa çağırılacağına ümid edirsənmi?
- Qurban müəllim güclü mütəxəssisdir. Son zamanlar hər kəs onun uğurlarının şahidi olur. Millini ona etibar ediblər. Mənim fikrimcə, Qurbanov bu işin öhdəsindən layiqincə gələcək. Futbolçuların işi öz bacarıqlarını həm məşqlərdə, həm də oyunlarda göstərməkdir. Məşqçilər yəqin ki, yaxşılara qiymət verəcək. Millinin heyətində olmaq qürürvericidir. Dəvət almasam, çalışacağam ki, növbəti oyunlarda mütləq çağırılım. Əlimdəm gələni edirəm ki, millidə oynayım. O formanı yenə də geyinmək istəyirəm. Çağırılmasam da, hər bir qərara hörmətlə yanaşacağam.
- "Səbail” azarkeşlərinə nə demək istəyirsən?
- "Səbail” azarkeşləri daha da fəallaşıblar. "Bayıl Arena”dakı matçlarda bu, açıq-aşkar hiss olunur. Məğlub olsaq da, bizdən narazı deyillər. Həmişə bizi dəstəkləyirlər. Bu, yaxşı haldır. Onlara təşəkkürümü çatdırmaq istəyirəm. Azarkeşlərin dəstəyinə ehtiyacımız var.
Təbriz QULİYEV