Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Ximnastik" İspaniya ikinci liqasında səfərdə "Rayo Valllekano" ilə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, maçt qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. İsrafilov qarşılaşmaya start heyətdə başlayıb və 64 dəqiqə meydanda olub.
Qeyd edək ki, bu qələbədən sonra "Ximnastik" klubu turnir cədvəlində 24 xalla 15-ci pillədə qərarlaşıb.