Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası da Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı Gürcüstan yığması ilə üz-üzə gələcək. Sportnet.az-ın qonşu ölkənin Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, görüş yanvarın 23-də Lara qəsəbəsində keçiriləcək.
Bu, rəqib komandanın baş məşqçisi Giya Tsetsadze üçün ilk sınaq olacaq. Tsetsadzenin son 2 mövsümdə rəhbərlik etdiyi "Samtredia" klubu Avropa Liqasında "Qəbələ"nin, Çempionlar Liqasında isə "Qarabağ"a rəqib olub. Hər iki halda Azərbaycan klubları mərhələ adlayıblar.
Tsetsadze yanvarın 23-də start götürəcək Antalya toplanışına 24 oyunçu dəvət edib...
Qapıçılar: Levan Şovnadze, Georgi Çoçişvili, Oto Qoşadze
Müdafiəçilər: Roman Çaçua, Ani Çiçinadze, David Kobauri, Akaki Şulaya, Quram Giorberidze, İrakli Komaxidze, Luka Qadrani, Georgi Kantariya, Avtandil Qucabidze, Andro Giorqadze
Yarımüdafiəçilər: David Samurqaşov, Paata Quduşauri, Qabriel Saqirişvili, Nikoloz Başaleişvili, Georgi Xarebaşvili, Levan Maçaraşvili, Luka Nadiradze, İrakli Ruxadze
Hücumçular: Beka Mikeladze, Vato Arveladze, Beka Kavtaradze