1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Araz Abdullayev "fərqləndi", komandası derbidə qalib gəldi
Kipr çempionatının XIX turunun mərkəzi görüşü "Anortosis" və AEK komandaları arasında keçirilib. Sportnet.az-ın məlumatına görə, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin start heyətində Azərbaycan millisinin futbolçusu Araz Abdullayev də yer alıb. 90+2-ci dəqiqədə əvəzlənmiş Abdullayev 51-ci dəqiqədə sarı vərəqə alıb. Komandasının vurduğu ilk iki qolun ötürməsini də məhz millimizin üzvü verib.
Hesabı 3-cü dəqiqədə qonaq komandanın futbolçusu Joan Tomas açıb. Lakin fasilədən sonra meydan sahibləri 3 qol vurublar. 52-ci dəqiqədə Joao Viktor, 74-cü dəqiqədə Vladimir Qacev, 89-cu dəqiqədə isə Seku Sisse fərqlənib.
Bu qələbə sayəsində "Anortosis" xallarını 40-a çatdırıb və eyni xala malik AEK-i şəxsi göstəricilərdə üstələyərək, 1-ci pilləni ələ keçirib. 3-4-cü pillələrdəki "Apollon" və APOEL-in hərəyə 36 xalı olsa da, onların ehtiyatda 3 oyunları var.