"Keşlə" klubunun yeni transferi Pablo Podio jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Yeni klubunuz və komanda yoldaşlarınız barədə nə deyə bilərsiniz?
- Bir həftədir buradayam. Bu suala cavab vermək üçün daha çox vaxt tələb olunur. Bir-birimizi tanımaq və meydanda uyğunlaşmaq üçün bizə vaxt lazımdır. Mən və bütün yeni oyunçular "Keşlə"yə kömək etməyə gəlmişik.
- Azərbaycanda hansı komandaları tanıyırsınız?
- Mən "Keşlə"dən əlavə, "Qarabağ"ı da tanıyıram.
- Ən çətin oyunlarınızın "Qarabağ" və "Qəbələ"yə qarşı olacağını bilirsiniz?
- Bizim yaxşı, texnikalı oyunçularımız var. Matç o vaxt çətin olur ki, özün zəif oynayırsan. Belə rəqiblərlə oynamağa qadirik.
- Burada nə qədər qalmağı planlaşdırırsınız və Azərbaycanla bağlı planlarınız necədir?
- İlkin mərhələ üçün müqaviləm mövsümün sonunadək nəzərdə tutulub. Mövsüm bitdikdən sonra "Keşlə" rəhbərliyi ilə oturub, gələcək üçün qərar verəcəyik.
- Klubun prezidenti Zaur Axundovla söhbətiniz olub?
- Xeyr, hələ onu görməmişəm. Görüşəndə "Keşlə" və klubun gələcəyi barədə danışacağıq.
- Bura gələnədək Azərbaycandan hansısa futbolçunu tanıyırdınız?
- Xeyr, tanımırdım. Yalnız bilirdim ki, qapıçı Kamran Ağayev Çexiya çempionatında çıxış edib.