Fransa Liqasında 7-ci tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun son qarşılaşması "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Sent Etyen"lə "Bordo" arasında keçirilib.
Matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. Meydan sahiblərinin qolunu 31-ci dəqiqədə Riki van Volfsvinkel vurub. Bundan 8 dəqiqə sonra "Bordo"nun futbolçusu Tiaqu İlori hesabı bərabərləşdirib.
Bu nəticədən sonra "Bordo" və "Sent Etyen" xallarını 14-ə çatdırsalar da, yenə 2-3-cü yerləri bölüşürlər. Turnir cədvəlinə isə 16 xala malik "Marsel" başçılıq edir.