"Sumqayıt” komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında bu günə nəzərdə tutulan 2 məşqdən birini artıq başa vurub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, səhər saat 11:00-da start götürən hazırlıq prosesində komanda taktiki gedişlər, qısa ötürmələrlər və müxtəlif tapşırıqlar üzərində çalışıb.
"Sumqayıt” hazırlığı ikitərəfli oyunla yekunlaşdırıb. Komandanın axşam məşqi isə saat 17:30-da olacaq.