Almaniyanın "Bavariya" klubu sabiq futbolçusu Bastian Şvaynştayger üçün böyük jest edəcək.
Sportnet.az-ın məlumatına görə, 2015-ci ildə İngiltərənin "Mançester Yunayted" klubundan ayrılaraq, Amerikanın "Çikaqo Fayr" klubuna transfer olan yarımmüdafiəçi üçün özəl matç təşkil olunacaq.
Təcrübəli futbolçu qarşılaşmanın bir hissəsində "Çikaqo Fayr", digər hissəsində isə "Bavariya" forması ilə çıxış edəcək. Sözügedən qarşılaşma Avqustun 28-i keçiriləcək.