1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yunis Hüseynov: "Rəqib futbolçu Tərzini yerə yıxdı, sonra da təpik vurdu" - MÜSAHİBƏ
"Kəpəz”in baş məşqçisi Yunis Hüseynov bu gün Polşanın "Yagelloniya” klubuna 1:8 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə o, əvvəlcə böyükhesablı məğlubiyyəti şərh edib.
- Yoxlama oyunu olsa da, "Kəpəz” bu gün 1:8 hesabı ilə uduzdu…
- Antalyaya gələndən komandaya istirahət verməmişəm. Gündə 2 dəfə olmaqla, ağır məşqlər keçirik. Bundan başqa, 2 çətin oyun oynamışıq. Dünən komandanı çox yükləmişdim, bu da özünü göstərdi. Futbolçularımızda yorğunluq var idi.
- Belə çıxır ki, 1:8 hesablı məğlubiyyətə baxmayaraq, komandadan narazı qalmamısınız?
- Belə oyunlarda hesabı nəzərə almıram. Bu, hazırlıq dövrdür. Onların çempionatında oynasaydıq, fikirləşərdik. Biz Azərbaycan çempionatında oynayırıq.
- Yoxlama oyunu olsa da, bundan əvvəl "Neftçi”nin "SKA-Xabarovsk” klubuna 1:8 hesablı məğlubiyyəti böyük rezonans doğurdu…
- Sizinlə razıyam. Yoxlama oyunu olsa da, bu hesabı heç kim istəməzdi. Özünüz də gördünüz ki, uşaqlar çox yorğun idilər.
- Komanda yorğun olmasaydı, bu cür uduzmayacaqdınız?
- Mən istəyirəm ki, yenə oynayaq. Menecerə də deyəcəm ki, ayın 31-dəki digər oyunu ləğv edib, "Yagelloniya” ilə növbəti dəfə görüş təşkil etsin.
- Revanş almaq istəyirsiniz?
- Revanş deməzdim. Sadəcə, hiss edirəm ki, "Kəpəz” bu komandaya qarşı yaxşı oynaya bilər.
- Qorxmursunuz, yenə eyni nəticə və dava olar?
- Yox, dava epizodunda bizim heç bir günahımız olmadı. Rəqib futbolçu Tərzini yerə yıxdı, sonra da təpik vurdu. Bundan sonra ara qarışdı, rəqibin ehtiyat oyunçuları da davaya qarışdı. Bizim uşaqlar heç kimi vurmadılar.
- Hesaba görə gərginlik var idi. Bəlkə buna görə dava düşdü…
- Düzdü, gərginlik var idi. Komandam bu hesabla uduzmaq istəmirdi. Amma yenə deyirəm, bizlik bir şey yox idi. Bu komanda ilə yenidən oynamaq istərdim.
- Ara sakitləşəndən sonra görüşün baş hakimi bildirdi ki, "Kəpəz” oynamaq istəmir. Komandanı meydandan çıxarmaq istəyirdiniz?
- Xeyr, elə bir şey yox idi. Elə bildim ki, birinci hissəni bitirib, ona görə komandanı paltardəyişmə otağına çağırdım.
- Fasilədə futbolçulara hansısa irad bildirdiniz?
- Əlbəttə, onlarla danışdım ki, mən işləyən komandada dava ola bilməz. Buna imkan vermərəm. Komanda həm meydanda, həm də kənarda intizamlı olmalıdı. Bir də onları ruhlandırdım ki, hesaba görə pis olmasınlar. Burda qəbahət bir şey yoxdur. Çünki yoxlama oyunudur. Hazırlıq dövründə çox şey ola bilər. Elə komanda olar ki, biz də onlara 8-ni vurarıq.
- Oyundan öncə qeyd etdiniz ki, baxışda olan ukraynalı müdafiəçini saxlamaq fikrindəsiniz. Bugünkü məğlubiyyətdən sonra hələ də o fikirdəsiniz?
- 8 qolun hamısında onun səhvi olmadı ki. 11 nəfərin hamısı aşağı səviyyədə oynadı.
- Ümumiyyətlə, onun bu oyundakı çıxışı size qane etdi?
- Hələ ki, onunla bağlı heç nə deyə bilmərəm. Fikirləşirik.
- İki fərqli hissə izlədik. Birinci yarıda meydanda yatan "Kəpəz” ikinci hissədə sanki ayıldı…
- İkinci hissədə meydana çıxan futbolçularımız əvvəlki 2 oyunda az oynayıblar. Ona görə də çox yorğun deyildilər.