Azərbaycan və Latviya milli komandaları 14 ildən sonra yenidən üz-üzə gələcək. Sportnet.az-ın məlumatına görə, iki komanda indiyədək 3 dəfə qarşılaşıb. 
Əvvəlki matçlar da yoldaşlıq görüşü xarakteri daşıyıb və Latviyanın paytaxtı Riqada baş tutub. 1997-ci il avqustun 19-da və 2002-ci il iyulun 6-da keçirilmiş ilk iki oyunda qol vurulmayıb - 0:0. 
2004-cü il iyunun 6-da "Skonto" stadionunda baş tutmuş oyun isə 2:2 hesablı heç-heçə ilə nəticələnib. Azərbaycan millisinin qollarından birini hazırda komandanın hazırkı baş məşqçisi Qurban Qurbanov vurub. O, kapitanı olduğu yığmanın 75-ci dəqiqədə penaltidən ikinci qolunun müəllifi olub. Latviya yığmasının həmin vaxt baş məşqçisi elə hazırda da komandaya rəhbərlik edən Aleksandr Starkov olub.   
Qeyd edək ki, iki komanda arasında sayca 4-cü yoldaşlıq görüşü iyunun 9-da Latviyada olacaq. 









                 





    
    
    
    
    
    
    
    
    


























































