1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Moldova millisinin yarımmüdafiəçisi "Zirə"də
"Zirə" klubu Moldova milli komandasının futbolçusu Aleksandr Dedovu transfer edib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ayxan Abbasov bildirib. Gənc mütəxəssis qeyd edib ki, bu gün Bakıya gələcək 28 yaşlı yarımmüdafiəçi tibbi müayinədən sonra 1,5 illik müqaviləyə imza atacaq. Abbasov Dedovun "Zirə"yə azad agent kimi keçəcəyini deyib: "Onun oyununu Türkiyənin Antalya bölgəsində Azərbaycan və Moldova yığmaları arasında keçirilmiş yoldaşlıq görüşündə izləyib bəyənmişik. Artıq ilkin razılığımız da var".
Qeyd edək ki, Aleksandr Dedov karyerası ərzində yalnız Latviyanın "Ventspils" komandasında legioner həyatı yaşayıb. Sonradan o, Moldovanın "Daçiya", "Şerif", "Akademiya UTM", "Zimbru", "Tırqu Mureş" və "Milsami" klublarında çıxış edib. 2012-ci ildən Moldova yığmasına vəlb olunan Dedov 43 oyunda 3 qol vurub.