
La Liqanın 23-cü turunda "Real Madrid" doğma azarkeşlər önündə "Real Soseydad"la üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, 7 qolun vurulduğu qarşılaşmada Ronaldu het-trik edib. Madrid klubu rəqibini 5:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 42-ə yüksəldən "Real Madrid" 3-cü pilləyə yüksəlib.