
"Barselona" İspaniya La Liqasının 24-cü turunda səfərdə "Eybar"la qarşılaşıb.
Sportnet.az-ən məlumatına görə, matç Ernesto Valverdenin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesab qarşılaşmanın 16-cı dəqiqəsində açılıb. Kataloniya təmsilçisinin heyətində Luis Suares fərqlənib. 88-ci dəqiqədə isə Jordi Alba görüşdə son nöqtəni qoyub.