1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Riçard Aymeyda: "Hətta Ronaldu da qol vəziyyətlərini qaçırır" - MÜSAHİBƏ
"Qarabağ" klubunun futbolçusu Riçard Almeyda Topaz Premyer Liqasının XVI turunda səfərdə "Səbail"i 1:0 hesabı ilə yendikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, milliləşdirilmiş yarımmüdafiəçi öncə oyunla bağlı fikirlərini bölüşüb:
- Bu oyunun çətin olacağını bilirdik. Meydan amili də var idi. Əsas odur ki, 3 xalı qazandıq. Çempionatda asan oyun yoxdur. Növbəti rəqib isə "Kəpəz”dir. Onlara qarşı evdə oynayacağıq. Həmişəki kimi, çalışmaq lazımdır. Növbəti oyuna da yaxşı hazırlaşacağıq və müsbət nəticəyə ümid edirik.
- Bugünkü oyunun çətin keçməsi hava şəraiti, yoxsa ot örtüyü ilə əlaqədar idi?
- Bütün komandalar bizə qarşı fərqli oynayırlar. Həmişə mübarizə aparırlar. Düşünürəm ki, "Qəbələ” ilə matçda yaxşı oynadıq. Bəzən yaxşı oynasaq da, qələbə qazana bilmirik.
- Dino Ndlovunun gedişindən sonra komandanız bir az çətinlik çəkir. Onun yoxluğu hiss olunur?
- Dino həqiqətən yaxşı futbolçudur. Onun çıxış etdiyi vaxtarda da qaçırdığı imkanlar olurdu. Hazırda Ndlovunun mövqeyində çıxış edən Mahir Mədətov da gənc futbolçudur. O, bu gün fərqləndi. Daha çox qol vura bilərdi. Böyük futbolçular da qol vəziyyətlərini qaçırır. Hətta Ronaldu da. Mahirə isə dəstək olmaq lazımdır.
- Oyun quruculuğu baxımından "Qəbələ” ilə matçda çətinlik çəkdiniz, yoxsa "Səbail”ə qarşı?
- Əziyyət çəkmədik. Hər oyunda istədiklərimizi meydanda göstərməyə çalışırıq. İstədiyimizi də alırıq.
- Birinci hissədə üstünlüyü tam ələ keçirə bilmədiniz. Bu, nə ilə bağlı idi?
- İlk yarıda rəqib bizi bloklamağa çalışırdı. Bizim isə imkanlarımız oldu. Bəxtimiz gətirmədi. İkinci hissədə istədiyimizi həyata keçirə bildik.
- Ramil Şeydayev böyük ümidlərlə gətirilsə də, ehtiyat oyunçular skamyasındadır. Almaniya millisinə qol vurmuş futbolçudur. Şeydayev oynamağa bu qədərmi layiq deyil?
- Ramil komandaya qoşulandan çalışır. İşləməyi sevən futbolçudur. Bu, baş məşqçinin qərarıdır.