
İspaniya La Liqasının 24-cü turunda "Atletiko Madrid" doğma meydanda "Atletik Bilbau" ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 55-ə çatdıran "Atletiko Madrid" 2-ci pillədə qərarlaşıb. Komandanı lider "Barselona"dan 7 xal geri qalır.