Avropa Liqasında 1/8 final mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, Rusiya MOİK-idir. "Hərbçilər" 1/16 final mərhələsində Serbiyanın "Srvena Zvezda" komandasını mübarizədən kənarlaşdırıb. Moskvada təşkil olunmuş cavab qarşılaşmasında MOİK 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu ilk yarının sonlarında Alan Zaqoyev vurub.
Bu komandalar arasında bir həftə əvvəl Serbiyada baş tutmuş görüş 0:0 hesabı ilə yekunlaşdığı üçün iki oyunun yekununda MOİK mərhələ adlayıb.
21 fevral
Avropa Liqası
1/16 final, cavab oyunu
21:00. MOİK (Moskva, Rusiya) - "Srvena Zvezda” (Serbiya) - 1:0
Qol: Alan Zaqoyev, 45
Baş hakim: Manuel De Souza (Portuqaliya)
İlk oyun - 0:0
Qeyd edək ki, 1/8 final mərhələsinə daha 15 vəsiqənin sahibi fevralın 22-də müəyyənləşəcək.