1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Eddi İsrafilov: "Onlar mənə çox yaxşı münasibət göstərdilər"
Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov qış fasiləsində transfer olunduğu İspaniyanın "Alkorkon” klubunun heyətində debüt edə bilər.
Sportnet.az xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi bu barədə AS nəşrin açıqlamasında bildirib. O, fevralın 25-də I divizionun XXVIII turunda sabiq komandası "Qranada” ilə səfər görüşündə meydana çıxmaq ehtimalı olduğunu söyləyib: "Məşqçinin sərəncamındayam. O, məni meydana burax bilər. "Qranada” Darvin Maçis kimi sürətli, yüksək səviyyədə olan oyunçuya və Xose Luis Oltra kimi baş məşqçiyə malikdir. Rəqibi yaxşı tanıyıram. Həftə ərzində intensiv hazırlıq keçmişik. Öz oyunumuzu sərgiləmək istəyirik. Yaxşı dinamikamız var, baxaq-görək qələbə qazanacağıqmı?”
Cari mövsümün ilk yarısını İspaniya I divizionundakı "Ximnastik”də keçirən, qış fasiləsində "Alkorkon”la 2020-ci ilin yayına qədər müqavilə bağlayan İsrafilov yeni komandasında isti qarşılanmasından məmnundur: "Burada əvvəllər birgə oynadığım dostlarım var. İnsanlar xoş təəssürat oyadırlar. Onlar mənə çox yaxşı münasibət göstərdilər".
Qeyd edək ki, Eddi İsrafilov "Alkorkon"da 11 oyunda cəmi 491 dəqiqə forma geyinib.