
İspaniya La Liqasının 26-cı turunun açılış matçında "Real Madrid" klubu səfərdə "Espanyol" ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qol oyunun sonlarında vurulub. Xerard Moreno komandasına qələbə qazandıran qola imza atıb.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra 51 xalda qalan "Real Madrid" 3-cü pillədə qərarlaşıb.