Türkiyənin "Samsunspor" klubunda çıxış edən Ufuk Budakın yenidən Azərbaycan milli komandasına dəvət olunması ilə bağlı problem yaranıb.
Sportnet.az xəbər veri ki, buna səbəb 28 yaşlı sol cinah müdafiəçisinin hazırda Türkiyə vətandaşı olmasıdır. Bir müddətdir yığmaya çağırılmayan futbolçu Azərbaycan vətəndaşlığından imtina edib. Bunu Budakın Türkiyə Futbol Federasiyasının rəsmi saytında yer alan məlumatlarından da görmək mümkündür. Bu isə o deməkdir ki, milliləşdirilmiş müdafiəçi Azərbaycan millisində oynaya bilməz.
Müqayisə üçün bildirək ki, TFF-nin rəsmi saytında hazırda "Gənclərbirliyi”ndə çıxış edən Deniz Yılmazın Azərbaycan vətəndaşı olduğu göstərilib.
Qeyd edək ki, Azərbayca milli komandasın baş məşqçisi Qurban Qurbanov köməkçisi Elçin Rəhmanovu Ufuk Budakın oyununu izləməsi üçün Türkiyəyə göndərib. Onun yığmanın mart toplanışına dəvət olunma ehtimalı var. Lakin qısa zaman kəsiyində onun vətəndaşlıq məsələsinin həllini tapacağı inandırıcı görünmür.