1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Amil Yunanov: "Bombardir olsam, daha yaxşıdır" - MÜSAHİBƏ
"Sumqayıt"ın futbolçusu Amil Yunanov səfərdə "Səbail"i 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XIX tur matçından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, yeganə qolun müəllifi öncə oyunu dəyərləndirib...
- Bizi çətin oyunun gözlədiyini əvvəlcədən bilirdik. Belə də oldu. Əsas məsələ komandanın nəticəsidir. Bir çox qol epizodundan yararlana bilmədik. Amma hər halda sevindirici haldır ki, bir qol vurduq və vacib olan 3 xalı qazandıq.
- Yenə qol vurdun və Premyer Liqadakı qollarının sayını 8-ə çatdırdın. Bombardir olmağı düşünmürsən?
- Açığı, qol vuraraq, komandama kömək etməyi düşünürəm. Düzdür, bombardir olsam, daha yaxşıdır. Lakin bu barədə düşünmürəm. Fikrimi sırf buna yox, komandama yönəltmişəm. İstəyirəm ki, "Sumqayıt" yaxşı nəticələr əldə etsin. Bir hücumçu kimi qol vuraraq, komandama yardımçı olmağa çalışıram.
- Rəqibin daha fəal olduğunu nəzərə alsaq, səncə, hesab oyuna görə oldu?
- İkinci hissədə "Səbail" bizdən üstün təsir bağışlayırdı. Lakin bizim də qol epizodlarımız oldu. Şəxsən mən 2-3 epizod yaxaladım. Məncə, bərabər oyun getdi. Rəqib də yaxşı komandadır. Əsas odur ki, qələbə qazandıq.
- Yeni klub prezidenti Riad Rəfiyev paltardəyişmə otağında sizə nə dedi?
- Heç nə. Komandanı təbrik etdi.
- Deyəsən, əvvəlki klub prezidenti Kamran Quliyev də paltardəyişmə otağında idi?
- Xeyr. Açığı, onu görmədim.
Təbriz QULİYEV