1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Liverpul"un əfsanəsi 14 yaşlı qıza tüpürdü - VİDEO
İngiltərənin "Liverpul” klubunun sabiq futbolçusu Ceymi Karrager "Mançester Yunayted” komandasının azarkeşi və onun 14 yaşlı qızının üzərinə tüpürüb.
Sportnet.az "Daily Mirror”a istinadən xəbər verir ki, xoşagəlməz olay mersisaydlıların Premyer Liqanın XXX turu çərçivəsində "qırmızı-şeytanlar”a "Old Trafford”da 1:2 hesabı ilə uduzduqları oyundan sonra baş verib.
"Mançester Yunayted”in kişi azarkeşi yolda Karragerin avtomobilini görüb və öz maşınını onun yanına sürərək, pəncərəni endirməsini xahiş edib. Bu zaman fanat "Sky Sports”da ekspert kimi çalışan veteran futbolçuya bir neçə dəfə "Liverpul”un uduzduğunu xatırladıb. Nəticədə özündən çıxan Karrager onun avtomobilinə tərəf tüpürüb. Həmin vaxt azarkeşin yanında 14 yaşlı qızı da olub.
Bildirilir ki, "Liverpul"un sabiq kapitanı daha sonra qıza və atasına zəng vuraraq üzr istəyib. "Sky Sports” rəhbərliyi isə veteranın davranışını "yolverilməz” adlandırıb.