1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bavariya" 3 futbolçusunu İstanbula aparmadı
Almaniyanın "Bavariya" klubu Türkiyədə "Beşiktaş"la keçirəcəkləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə 3 futbolçusunun xidmətindən yararlanmayacaq.
Sportnet.az-ın məlumatına görə, bunlar Kinqsli Koman, Korentin Tolisso və Aryen Robbendir. Hər 3 oyunçu İstanbula yollanan heyətdən kənarda saxlanılıb. Ümumilikdə heyətdə 19 futbolçu yer alıb.
"Bavariya"nın 5:0 hesablı qələbə qazandığı ilk görüşdə ikinci qolu 53-cü dəqiqədə Koman vurub. O, 81-ci dəqiqədə yerini Frank Riberiyə verib. Robben 44-cü, Tolisso isə 83-cü dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, martın 14-də "Wodafone Park"da keçiriləcək "Beşiktaş" - "Bavariya" matçını ingiltərəli baş hakim Maykl Oliver idarə edəcək.