Türkiyənin "Qalatasaray” klubunun Çempionlar Liqasının qrup
mərhələsinin turunda "Arsenal”a 4:1 hesabı ilə məğlub olduğu qarşılaşmada adı
ilk 18-liyə belə salınmayan Səlçuq İnan maraqlı açıqlama verib. Sportnet.az-ın
məlumatına görə, türkiyəli yarımmüdafiəçi ölkəsinin mediasını sərt şəkildə
təndiq edib.
29 yaşlı futbolçu Türkiyə mətbuatına açıqlamasında italiyalı mütəxəsisin "Səlçuq yorğun olduğu üçün oynamaq istəmədi” açıqlamasını təkzib edib: "Prandelli qarşılaşmadan öncə mənə şans verməyəcəyini söylədi. Qolum, ayağım qırılsa da, yorğunam oynamaq istəmirəm söyləmərəm. Hər zaman oynamaq istəyərəm, amma bu qərarı baş məşqçimiz verir. Çox böyük ehtimal zədələnəcəyimi düşünərək məni heyətə daxil etməyib. Aramızda bu dialoqdan başqa heçnə yaşanmayıb. Bundan başqa yayılan xəbərlərə inanmayın. Bu cür xəbərləri kimlər, nə üçün yayır anlamıram”.