
İngiltərə Premyer Liqasının 31-ci turunda "Liverpul" "Uotford" üzərində qələbə qazanıb.
Sortnet.az xəbər verir ki, Liverpul şəhərinin "Enfild" stadionunda baş tutan görüş ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Vurulan qollardan 4-ü misirli yarımmüdafiəçi Məhəmməd Salahın payına düşüb. O, həm də 5-ci qolun ötürməsini verib.
Roberto Firmino adını tabloya yazdırıb. Salah, bununla da çempionatda vurduğu qolların sayını 28-ə çatdırıb.
Hazırda "Liverpul" 63 xalla İngiltərə birinciliyinin turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Uotford" 36 xal ilə 11-ci yerdədir.