
İtaliya A Seriasının 29-cu turunda "İnter" səfərdə "Sampdoriya" ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan 4-nü qalib komandanın argentinalı futbolçusu Mauro İkardi vurub.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 55-ə çatdıran "İnter" 4-cü pillədə qərarlaşıb.