1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Araz Abdullayevin qaranlıq taleyi
Xaricdə çıxış edən azsaylı azərbaycanlı futbolçulardan daha biri tezliklə geri dönə bilər. Sportnet.az-ın məlumatına görə, Kiprin "Anortosis” klubunda icarədə olan Araz Abdullayevin Famaqusta şəhərini təmsil edən komandadakı gələcəyi böyük sual altına düşüb.
Vaxtilə "Neftçi”dəki çıxışı ilə İngiltərə "Everton”unun diqqətini cəlb etmiş 26 yaşlı yarımmüdafiəçi mövsümə yaxşı başlasa da, hazırkı çıxışı heç də ürəkaçan deyil. Cinah oyunçusu yanvarın sonlarında məşqdə aldığı zədədən sonra əsas heyətin daimi üzvü ola bilmir. O, bəzi hallarda meydana sonradan daxil olur və ya tez əvəzlənir.
Abdullayev son olaraq Kpir çempionatının XXI turunda turnir cədvəlinin autsayderi və uğursuz çıxışı ilə aşağı liqaya düşən "Axnas”la qarşılaşmada 90 dəqiqə meydanda olub. Azərbaycanlı futbolçunun uğursuzluğu məhz bu oyundan sonra başlayıb. O, məşqlərin birində zədələnərək sıradan çıxıb, "Pafos” və "Omoniya” ilə qarşılaşmalarda iştirak edə bilməyib.
Yarımmüdafiəçi daha sonra çempionat oyunlarında start heyətə düşməkdə çətinliklə üzləşib. Abdullayev zədədən sonra yalnız 2 çempionat və 1 kubok oyununda start heyətdə yer tapa bilib. O, zədədən sonra final mərhələsinin ilk turunda AEK-lə qarşılaşmada (2:2) bir qol vurub. Bu oyundan sonra hər kəs futbolçunun əsas heyətə qayıdacağını gözləsə də, tam əksi baş verib.
26 yaşlı oyunçu növbəti turda "Apollon”a evdə 1:2 hesabı ilə uduzduqları görüşün 48-ci dəqiqəsində meydana daxil olub. Martın 14-də Kipr Kubokunun yarımfinal mərhələsinin ilk oyununda yenə "Apollon”la üz-üzə gələn "Anortosis” 1:1 hesablı heç-heçə edib. Abdullayev oyuna start heyətdə başlasa da, 41-ci dəqiqədə əvəzlənib. Bu azmış kimi, Abdullayev "Anortosis”in səfərdə AEL-i 2:0 hesabı ilə məğlub etdiyi matçın 89-cu dəqiqəsində meydana buraxılıb.
Baş məşqçi Ronni Levinin belə davranışı Abdullayevə psixologi təsir etməyə bilməz. Bu gedişlə azərbaycanlı futbolçunun "Anortosis” karyerası mövsümün sonunda başa çatacaq. Halbuki, Kipr təmsilçisi müqavilə ilə "Qəbələ”yə məxsus olan yarımmüdafiəçini heyətinə qatmaq istəyirdi.
"Anortosis”in baş məşqçisi Ronni Levinin Abdullayevi meydana az-az buraxması bir neçə səbəblə bağlı ola bilər. Ola bilsin, "Qəbələ” ilə "Anortosis” arasındakı danışıqlar nəticə vermir və ya futbolçunun özü də artıq legioner həyatı yaşamaq istəmir. Bəlkə də, Kiprdə aldığı maaş onu qane etmir. Son turlaradək uğurlu çıxışı qarşılığında daha yüksək əməkhaqqı şərtləri ilə müqavilə bağlamasını istəyib. Bunlarla yanaşı, az oynaması onun zədəsi ilə də bağlı ola bilər. Yarımmüdafiəçi zədəsini tam bərpa etmədiyinə görə stabil olaraq oynaya bilmir.
İstənilən halda UEFA Millətlər Liqası kimi məsul yarış ərəfəsində Azərbaycanın daha bir futbolçusunun xaricdən üzüsulu geri qayıtması milli komanda üçün heç də yaxşı perspektiv vəd etmir. Kipr çempionatının sonuna isə hələ 7 tur var.
Təbriz QULİYEV