1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məşhur baş məşqçi xəstəxanaya yerləşdirildi
Fransa çempionatında 8 turdan sonra turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan "Monpelye"də xoşagəlməz hadisə yaşanıb. Sportnet.az-ın məlumatına görə, cari mövsüm yaxşı çıxış edən Liqa 1 təmsilçisinin baş məşqçisi Rolan Kurbis təcili xəstəxanaya yerləşdirilib.
"Le Midi Libre" xəbər verir ki, monpelyelilərin çalışdırıcısı səhhətində yaranan nasazlıq səbəbindən dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər 61 yaşlı mütəxəssisin ürək problemi olduğunu bildiriblər: "Ciddi narahatlığa əsas yoxdu, təhlükəli deyil. Sadəcə, bir müddət həkimlərin nəzarəti altında olmalıdır. Bir qədər az həyəcanlanmalıdır".
Qeyd edək ki, tibbi personalın göstərişinə əsasən, Kurbis oktyabrın 4-də Liqa 1-in növbəti turu çərçivəsində "Nitsa" ilə keçiriləcək oyunda məşqçilər korpusunda yer almayacaq. "Monpelye" lider "Marsel"dən 6 xal geri qalır.