İngiltərə Futbol Assosiasiyası Britaniya mətbuatının gündəmini zəbt edib. Sportnet.az-ın məlumatına görə, federasiyanın rəsmi saytı millinin Avro-2106-nın seçmə oyunları üçün açıqlanan heyətində kobud səhvə yol verib.
Oktyabrın 9-da San Marino, 12-də isə Estoniyə ilə seçmə mərhələ oyunlarına dəvət alan futbolçuların siyahısını saytda yerləşdirən İFA "Arsenal"ın hücumçusu Danni Uelbeki "Mançester Yunayted"in heyətində təqdim edib. Kobud səhv Böyük Britaniya mətbuatında gülüşə səbəb olub. Hətta federasiya rəsmiləri qeyri-peşəkarlıqda ittiham edilib.
Qeyd edək ki, Danni Uelbek "Mançester Yunayted"in yetirməsi olsa da, bu yay 16 milyon funt qarşılığında "Arsenal"a transfer olunub. Diqqət çəkən digər bir məqam isə millinin qarşıdakı seçmə oyunlarına "Mançester Yunayted"dən yalnız bir futbolçu - Ueyn Runinin çağırılmasıdır.