Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Qarabağ"ın heyətində Topaz Premyer Liqasında ilk qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı hücumçu Gəncədə "Kəpəz"lə XXIII tur matçında fərqlənib. O, Pedro Enrikenin ötürməsindən sonra rəqib qapıçı ilə təkbətəkdən fərqlənib.
Qeyd edək ki, Ramil Şeydayev cari mövsümün əvvəllərindən "Qarabağ"da icarə əsasında çıxış edir.