2014/15 mövsümündə "Mançester Yunayted” bağladığı sponsor müqavilələrinə görə 146 mln avro qazanacaq. Sportnet.az-ın məlumatına görə, 20 qat İngiltərə çempionu Çempionlar Liqasında iştirak etməməsinə baxmayaraq sponsorlardan gələn gəlirə görə bütün Avropa klublarından daha çox pul qazanacaq.
"Qırmızı Şeytanlar"dan sonra sponsorlardan ən çox gəlir götürən İspaniyanın "Barselona" klubudur. Kataloniya təmsilçisi bu mövsüm 107 milyon avro əldə edəcək.
Qeyd edək ki, Avropanın ən nüfuzlu altı liqası sponsorlardan ümumilikdə 1,321 milyard avro qazanırsa, bunların 460 milyonu İngiltərə PL-nın hesabınadır. 313 milyon Bundesliqa klublarına, 233 milyon avro isə La Liqa klublarına məxsusdur.