"Qəbələ"nin futbolçusu Filip Ozobiç səfərdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gələrək, finala yüksəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra brifinq keçirib. Xorvatiyalı yarımmüdafiəçi Sportnet.az-ın da suallarını cavablandırıb...
- Oyundan sonra paltardəyişmə otağına gedərkən sizinlə "Neftçi"nin çilili yarımmüdafiəçisi İqnasio Herrera arasında insident oldu. Nə baş verdi?
- Elə ciddi şey olmadı.
- Məgər sən ispanca bilirsən?
(gülür) Yox, bilmirəm.
- Onda Herreraya necə cavab verdin?
- Xorvatca. Bilirəm ki, futbolda belə gərginliklər olur. Əlbəttə, heç kim uduzmaq istəməz. Məğlub olanda əsəbiləşirsən. Bu, normaldır.
- İnsident necə baş verdi?
- Yəqin, onlar düşünürdülər ki, simulyasiya edirdim. Ancaq belə deyildi, ayağımdan zərbə almışdım.
- Sizi finala çıxaran oyunu necə dəyərləndirərdiniz? Qəbələdə məğlubiyyətdən sonra çoxları düşünürdü ki, kubokda mübarizəni dayandıracaqsınız...
- İndi komandamız üçün çətin vaxtdır. Ancaq xarakter göstərdik və finala çıxmağı bacardıq. Fikrimcə, "Neftçi" ilə yarımfinal mərhələsinin cavab matçında daha yaxşı idik.
- Hesabı rəqib açandan sonra inamınız var idimi ki, geridönüş edə bilərsiniz?
- Bilirdik ki, top buraxdıq-buraxmadıq, istənilən halda 2 qol vurmalıyıq. Finala çıxmaq istəyirdiksə, bunu reallaşdırmalı idik.
- Final Qəbələdə keçiriləcək, rəqib isə "Keşlə"dir...
- Sevinirik ki, finalı Qəbələdə oynayacağıq. Əlbəttə, kuboku qazanmaq istəyirik. Ancaq bunadək çempionatda oyunlarımız var.
- "Qəbələ" ilə müqvailən cari mövsümün sonunda bitir. Maraqlıdır, qalacaqsan, yoxsa...?
- İndi bu haqda bir şey deyə bilmərəm.
- Digər klublardan təkliflər var?
- Sadəcə, indi heç nə deyə bilmərəm.