1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millinin futbolçusu malyariyadan öldü
Malavinin 20 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Abel Mvakilama serebral malyariya xəstəliyindən ölüb.
Sportnet.az-ın məlumatına görə, 18 yaşlı hücumçu yoluxucu xəstəliyə üç həftə əvvəl tutulub. O, bugünlərdə aşağı liqa komandası "Eşmoriş"ə qoşulmaq üçün yollandığı Portuqaliyada baş ağrılarından şikayətlənib. Lakin Mvakilamanın həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, mərhum Malavidə "Çitipa Yunayted" komandasında çıxış edib. O, ötən mövsüm 37 qol vuraraq, klubun yüksək liqaya çıxmasına yardımçı olub. "Eşmoriş"in tərkibində isə Mvakilama 5 oyuna 7 qol vurub.