Meydandakı hərəkətləri qədər şəxsi həyatı ilə də gündəmə gələn Mario Balotelli barədə yeni xəbərlər yayılıb. Sportnet.az-ın məlumatına görə, futbolçu özünə yeni sevgili tapıb.
"The Sun" qəzetində yayılan xəbərdə Balotelli "Manchester City"də çıxış edərkən 7 ay münasibətdə olduğu model Tabbi Barun ilə münasibətlərini rəsmiləşdirdiyi bildirilir. Cazibədar model Marionun ona evlənmək təklifi etdiyini, ancaq futbolçunun həyat tərzinə görə buna razı olmadığını bildirmişdi.