1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Mahir Mədətovla bağlı "Neftçi" iddiası
"Qarabağ" klubunun futbolçusu Mahir Mədətov yeni mövsümdən "Neftçi"yə keçə bilər.
Flaqmana yaxın mənbələrdən Sportnet.az-a verilən məlumata görə, artıq tərəflər arasında danışıqlar da olub. 21 yaşlı hücumçu azərbaycanlı futbolçular üçün yüksək sayılacaq məbləğ qarşılığında flaqmanla müqavilə bağlamağa razılıq verib.
İddia olunur ki, bundan "Qarabağ" rəhbərliyi də xəbərdardır və hazırda Mədətovun komandada saxlanılması istiqamətində çalışır. Hətta gənc forvardın gizli danışıqlar apardığı üçün cəzalandırıldığı, buna görə Topaz Premyer Liqasının XXIII turunda "Kəpəz"lə səfər matçından kənarda qaldığı bildirilir.
Klubun direktoru Əmrah Çəlikəl isə Sportnet.az-a açıqlamasında belə bir halın mümkün olmadığını söyləyib: "Mahirin bizim komanda ilə müqaviləsi var. Onun anlaşması gələn mövsüm üçün də qüvvədədir. Düşünürəm ki, bizim icazə olmadan, bizimlə danışmamış harasa getməsi mümkün deyil. Digər tərəfdən, belə bir söhbətin olduğına inanmıram".
Çəlikəlin sözlərinə görə, "Qarabağ" ailəsi daxilində cəzalananlar da, mükafatlandırılanlar da ola bilər: "Bu bizim özümüzə aid olan, həmçinin, baş məşqçinin səlahiyyətlərinə daxil olan məsələdir. Qurban Qurbanovun bütün qərarlarına hörmətlə yanaşırıq. Mahir Mədətovun cəzalanmağı və digər məsələlərdə baş məşqçi necə istəsə, elə də edəcək".
Qeyd edək ki, Mahir Mədətov bu mövsüm Premyer Liqada 8 qol vurub.