Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak Türkiyənin I liqasında çıxış edən "Samsunspor” klubundan ayrılıb.
Sportnet.az "Samsun Gazete”sinə istinadən xəbər verir ki, zədə səbəbi ilə son matçlarda meydana çıxmayan 28 yaşlı sol cinah müdafiəçi komanda yoldaşları ilə vidaşalaraq, ailəsinin yaşadığı Almaniyaya dönüb.
Budakın çempionatın başa çatmasına bir tur qalmış II liqaya düşməsi rəsmiləşəm "Samsunspor”la mövsümün sonunda başa çatacağı müqaviləsinin müddətini uzatmayacağı bildirilir.
Qeyd edək ki, Ufuk Budak ötən yay "Manisaspor”dan "Samsunspor”a keçmişdi.