1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"8 komandalı çempionatda nə isə kəşf etmək mümkün deyil"
Topaz Premyer Liqasının 26-cı turunda səfərdə "Qəbələ” ilə heç-heçə edən (1:1) "Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib:
- Bu matç böyük əhəmiyyət kəsb etmirdi. Hər komandanın fərqli məqsədləri var idi. Onu deyə bilərəm ki, yaxşı komandaya qarşı oynadıq. Futbolçularımızın istəyi var idi. Rəqibdən geri qalmadıq. Hər oyuna qələbə üçün çıxırıq. Bizim üçün əhəmiyyətsiz oyun yoxdu. Qarşıda bizi vacib kubok oyunu gözləyir. Həmin oyuna köklənəcəyik.
- Bu oyunun elə də əhəmiyyəti olmasa da, kubokun finalındakı rəqiblə üz-üzə gəldiniz. Bu baxımdan kəşfiyyat xarakteri daşıyırdı. Rəqib barədə nə öyrənə bildiniz?
- 8 komandalı çempionatda nə isə kəşf etmək mümkün deyil. Komandalar bir-birini tanıyırlar. Buna görə, bu matçda kəşfiyyat aparmadım. Sadəcə, futbolçular özlərinə hörmət edirlər. Buna görə, sona kimi oynadılar.
- Bu gün meydanda əsl "Keşlə”ni gördük, yoxsa əsl "Keşlə”ni 28 mayda, kubokun finalında görəcəyik?
- Belə deyim, kim yaxşı oynayacaqsa, o da kubokun finalında şans qazanacaq.
- Vaqif Cavadov bu gün sanki axına qarşı hərəkət edirdi. Komanda müdafiə olunanda, hücuma keçirdi, müdafiə olunanda isə əksinə. Onu əvəzləməyə sizə nə mane oldu?
- Mən fərqli fikirdəyəm. Bu gün Cavadovun oyununda razı qaldım.