1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Səbail"in legioneri: "Məni dayandırdılar"
"Rəqib bizdən fərqli olaraq, qol imkanını dəyərləndirdi. Ola bilər ki, bu səbəbdən uduzduq".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in futbolçusu Vaxıt Orazsaxedov evdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXVI tur matçından sonra Sportnet.az-a açıqlamasında deyib. Türkmənistanlı hücumçu rəqibi qələbə münasibətilə təbrik edib. Qələbənin layiqli olub-olmamasına gəlincə, Orazsaxedov bildirib ki, bu, vacib deyil: "Çünki rəqib mübarizə aparırdı. Meydana çıxdığım bir epizodda qapıçıyla üzbəüz qala bilərdim, ancaq məni dayandırdılar. Baş hakim dedi ki, topa nəzarəti artıq itirmişdim. Ancaq hesab edirəm ki. topa rəqib müdafiəçidən tez çatdım və yalnız qayda pozuntusu hesabına qazonda qaldım".
Qış fasiləsində "Səbail"ə 26 yaşlı forvard hələ də qol hesabını aça bilməməsinə də toxunub: "Deyə bilmərəm ki, niyə fərqlənə bilmirəm. İşimi görməkdə davam edirəm. Məni start heyətdə buraxıb-buraxmamağa isə artıq baş məşqçimiz qərar verir. Bəzən qol epizodlarında sadəcə, bəxtim gətirmir. Həmişə yaxşıya ümid edirəm. Ümid edirəm ki, hər şey yoluna qoyulacaq və qalan 2 matçda qol vura biləcəyəm".