"Qarabağ" klubu mövsümün əvvəlində icarəyə götürdüyü Pedro Enrikeni Yunanıstan PAOK-una qaytaracaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalistlərə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. 46 yaşlı bildirib ki, braziliyalı hücumçunun icarə müqaviləsi bitdiyi üçün geri göndəriləcək. Digər legionerlərə gəldikdə, Qurbanov Dani Kintana ilə yeni müqavilənin bağlanılması istiqamətində danışıqların getdiyini açıqlayıb. O, Ansi Aqolli ilə də sözləşmənin hələ uzadılmadığını vurğulayıb.
Baş məşqçi Yakub Jezniçakın müqaviləsinin davam etdiyini bildirib: "Sadəcə, onun ayağından zədəsi var. Ardıcıl zədələrlə üzləşdi. Hazırda Polşada öz həkiminin nəzarətindədir".
Qurbanov "Qarabağ"dan gedən və müqaviləsi uzadılanların olacağını diqqətə çatdırıb.